Qohumlarınız və şəxsi həyatınız

🕒2 dəqiqənin ərizində bunu oxuya bilərsiz


Cəmiyyətimizin inkişafa meyl etdiyi dövrdə bir növ ayağından tutub, geriyə dartan adət-ənənələrimiz var ki, düşünən insan beyni bunları heç cür qəbul etmək istəmir. "Bu ölkə mentaliteti olmasa dağılar" , deyərək bəzən insanların azad düşünməyinə belə əngəl yaradırlar.


21-ci əsrin bu günlərinə qədər gəlib çıxan, lakin anlamı olmamağı ilə yanaşı, böyük travmalara gətirib çıxaran daha bir dəhşətli adət- Zifaf gecəsi. Yəni, el arasında toy gecəsi adı ilə tanınan, bəzilərinə nədənsə gülməli, bəzilərinə isə çox qorxulu gələn bir gecə. Patriarxal ənənələri olan bir sıra ölkələrdə, adətən Qafqaz xalqlarının məskunlaşdığı ərazilərdə yayılan bu qədim adət insanların həyatına birbaşa və ya dolayı yolla təsir edir.


Toya hazırlıq, toy həyəcanı, ev, ev əşyaları və s. kimi məsələlər cütlüklərə yetəri qədər stress yaşadır. Bütün bunlar həll edildikdən sonra hər şeyin çox yaxşı olduğunu və artıq rahat, sərbəst olduğunu düşünsələr də, təəssüf ki, belə olmur və yanılırlar. Ya həyəcanlanıb alınmazsa və ya da bəlkə başqa problem yaranarsa deyə düşünmələri azmış kimi, bəlkə qohumların üzünə ağ çıxa bilməzsəm düşüncəsi də olur.



Aparılan araşdırmalar göstərmişdir ki, gənc qızların böyük əksəriyyəti kifayət qədər məlumatlı olmasına baxmayaraq, həmin zifaf gecəsindən çəkinir və bunu qorxulu yuxularına çevirirlər. Buna səbəblərdən ən öndə gələni isə, ilk olaraq "yengə" və "təmiz qızlıq" məsələsidir. Təəssüflə qeyd etməliyik ki, bu gecənin əks təsiri bəzən sırf qadınlar üzərində olur. Kişilər isə bunu çox adi hal kimi qarşılayır. Belə ki, bunun kökünə gedib çıxsaq, əsas səbəbin marifləndirilmənin olmaması və qadınların o günə qədər öz şəxsi və cinsi həyatlarını sırf qohumları üçün qoruyub saxlamağı olduğunu görürük.


Həmin gün isə artıq qorxulu yuxu canlanır, "şahidlər"in hüzurunda, sən bir növ "qadınlığın ilk addımları"nı atırsan. Öncəsində isə, informasiya dövründə yaşayan və yaşının neçəliyinin heç bir fərqi olmayan yeni gəlinə yengə tərəfindən proses izah olunur. Özündən yaşca kifayət qədər böyük olan bir qohumun ilə, heç vaxt danışmayacağın bir mövzu haqqında ilk dəfə belə bir mövzu üzrə müzakirə aparmaq belə insanı utandırmağa və bu prosesdən soyutmağa kifayət edərkən, sonradan onların həm hər şeyi eşitməsi, həm də səhər mələfəni istəmələri ikiqat utancverici hadisəyə çevrilir. Cütlük bu haqda öz aralarında nə əvvəldən, nə də sonradan danışmaq belə istəmir. Çünki heç bir şey, insanın öz razılığı əsasında olmur və travmaları atlatmaq da çox çətin olur.



Gənc qızların əksəriyyəti isə beyinlərini bunu normal qəbul etməyə alışdırır. Çünki adətdəndir və yəqin belə də olmalı imiş kimi düşünərək, bir növ bu anlaşılmaz və həqiqi heç bir mənası olmayan ənənəni normal qəbul edir, öz psixologiyalarının uğrayacağı psixi və fiziki işgəncəni ağıllarına belə gətirmirlər.

Beləliklə qeyd etmək olar ki, tibbdə bakirəlik anlayışı tamamilə yoxdur; bu, yalnız mədəniyyət və dini konsepsiya çərçivəsində qiymətləndirilən faktdır.

Hi, thanks for stopping by!

I'm Dr. Nigar Arif. A Psychiatrist/Psychotherapist that specializes in treating my patients with using various therapy methods including Cognitive Behavioral Therapy. My motivation to write blogs for www.salvahelp.az is to ...  

Follow us on social media to hear more from Dr. Nigar Arif:

  • Facebook
  • Instagram
  • Twitter
  • Pinterest