Problemlərinizin olduğu üçün özünüzü qurban və ya yazıq kimi hiss edirsiniz?

Özünüzə yazığınızın gəlməyi və ya qurban kimi hiss etməyiniz sizə kömək etməyəcək. Əslində isə özünüzü qurban kimi hiss etməyiniz sizi məhv edə bilər, problemlərin öhdəsindən gəlməyi çətinləşdirə bilər. Psixoloji cəhətdən güclü insanlar özlərinə yazığı gəlməyə imkan vermirlər. Bunun əvəzinə, həyatın qaçılmaz çətinliklərini güclənmək və daha da təkmilləşmək üçün vasitə olaraq istifadə edirlər.






Qurban və ya yazığ olmamaq üçün 9 yol:


1. Vəziyyətdən çıxış yolu axtarırlar:

Psixoloji cəhətdən güclü insanlar özlərinə kədər, məyusluq və tənhalıq kimi hissləri yaşamağa imkan verirlər. Həyatın "ədalətli" olub olmadığını sorğulamırlar, başqaları ilə özlərini müqaisə etmirlər. Problemlərin öhdəsindən gəlməyin ən yaxşı yolunu yalnız bu vəziyyətdən çıxmaq olduğunu bilirlər.


2. Baş verəcək problemlərin əlamətlərini əvvəlcədən hiss edirlər:

Problemlərə diqqətinizi cəmlədiyiniz zaman, onlar şişirdilmiş şəkildə “həll olunmaz” təsurat bağışlayır və neqativ düşüncələr üzərində daima köklənəndə davranışınıza da mənfi təsir göstərir, bu da öz növbəsində özünüzü yazığ kimi hissləri daha da artırır. Psixoloji cəhətədən güclü insanlar mənfi fikirlərə köklənməyin riskli olduğunu bilirlər və çıxış yolunu tapmaq üçün hərəkətə keçirlər.


3. Düşüncələrini yoxlayırlar:

Emosional vəziyyətimiz reallığı necə qəbul etdiyimizə təsir göstərir. Özünüzə yazığınız gəldiyi zaman həyatınızda baş verən pis şeylərə köklləndiyinizi, pozitiv şeyləri nəzərdən qacırsınız. Psixoloji cəhətdən güclü insanlar düşüncələrinin reallığı əks edib etmədiyini özlərindən soruşurlar. Özlərinə “Bəxtim həmişə mi gətirmir?” kimi suallar verirlər ya da "Həqiqətən bütün həyatım məhv olubmu?" Bu cür suallar, vəziyyətə daha real bir qavrayış yaratmağa imkan verir.


4. Mənfi fikirlərini hərəkətə keçmə siqnalına cevirilər:

Psixoloji chətdən güclü insanlar mənfi düşüncələrin səhv olduğunu sübut etmək üçün hərəkətə keçirlər. “Heç vaxt yaxşı iş tapa bilməyəcəm” fikirlərə, cavab olaraq “Hərəkətə keç!” deyə öz-özlərinə əmr verirlər.


5. Effectiv fəaliyyət üçün enerjilərinə ehtiyat edirlər:

Özünə yazığınız gəldiyi hər dəqiqə 60 saniyədir ki, problemlərin həlli üzərində işi təxirə salır. Psixoloji güclü insanlar dəyərli vaxt və enerjilərini neqativ fikirlərə sərf etməkdən imtina edirlər. Bunun əvəzində, vəziyyəti düzəldə biləcək məhsuldar fəaliyyət ilə məşqul olurlar.


6. Minnətdarlıq hiss edirlər:

Eyni zamanda özünə minnətdarlıq və yazıqlıq hiss etmək çətindir. Özünə yazığı gəlmək “daha ​​yaxşısına layiqəm” düşünməkdir. Minnətdarlıq hissi isə “ehtiyacım olandan çox şeyə malikəm” düşünməkdir. Psixoloji cəhətdən güclü insanlar həyatda minnətdar olduqları hər şeyi qiymətləndirilər- nəfəs almaq üçün təmiz hava və içmək üçün təmiz su.


7. Digər insanlara kömək edirlər:

Başqalarına kömək etməklə məşğul olanda özünüzə yazığı gəlmək çətin olur. Yardıma ehtiyacı olan insanların olduğunu xatırlatdığınız zaman, həyatınızda hər şeyin o qədər də pis olmadığını görəcəksiniz. Psixoloji cəhətdən güclü insanlar öz narahatlıqlarına köklənməkdənsə, başqalarının həyatını azca da olsa yaxşılaşdırmağa çalışırlar.


8. Şikayət etmirlər:

Problemləriniz barədə başqalarına danışdıqda onların sizə yazığı gəlir. Psixoloji cəhətdən güclü insanlar çətin vəziyyətlərindən şikayət edərək başqalarının rəğbətini qazanmağa çalışmırlar. Bunun əvəzinə ya işlərini yaxşılaşdırmaq üçün hərəkətə keçirlər, ya da dəyişdirə bilmədikləri vəziyyətləri qəbul edirlər.


9. Optimist olmağa çalışırlar:

Bəzi həyat problemlərinin qarşısını almaq və həll etmək olmur. Sevdiklərinizin itirilməsi, təbii fəlakətlər və müəyyən sağlamlıq problemləri bir çoxumuzun qarşılaşacağımız problemlərdir, amma psixoloji cəhətdən güclü insanlar həyatın çətinliklərinə nikbin baxırlar.


- Nigar Arif, Psixiatr/Psixoterapevt


Hi, thanks for stopping by!

I'm Dr. Nigar Arif. A Psychiatrist/Psychotherapist that specializes in treating my patients with using various therapy methods including Cognitive Behavioral Therapy. My motivation to write blogs for www.salvahelp.az is to ...  

Follow us on social media to hear more from Dr. Nigar Arif:

  • Facebook
  • Instagram
  • Twitter
  • Pinterest