PTSP

Postravmatik stress pozuntu insanda yaşadığı və ya şahidi olduğu dəhşətli hadisədən sonra yarana biləcək psixoloji vəziyyətdir, Narahat düşüncələr, kabuslar və hadisənin yenidən baş verdiyini hiss etmə, ürək döyüntüləri, xatirələrə qarşı son dərəcə emosionallıq və fiziki reaksiyalarla qarşılaşa bilərsiniz.


Bir çox insanlar baş verənlər barədə düşünməyi dayandıra bilmirlər. Qorxu, narahatlıq, qəzəb, depressiya, günahkarlıq - hamısı travmaya ümumi reaksiyalardır, Yuxu problemi, diksinmələr qorxulu yuxular


PTSP simptomları travmatik hadisədən bir ay sonra başlaya bilər, lakin bəzən simptomlar hadisədən bir neçə il sonra görünür. Bu simptomlar sosial və ya işdə gündəlik fəaliyyətdə maneə yarada bilər.


Həkimə nə vaxt müraciət etmək lazımdır

Bir aydan çox müddət ərzində travmatik hadisə ilə bağlı narahatlıq muaicə həkiminizə və ya psixi sağlamlıq mütəxəssisinə müraciyət.


İntihar düşüncələriniz varsa

Siz və ya tanıdığınız birinin intihar düşüncəsi yaranarsa

Yaxınlarınız və ya sevdiyiniz şəxsə müraciət edin, inancınıza uyğun olaraq ruhani sferanızda olan birinə də muraciyət edə bilərsiniz. Həkimə və ya psixiatra müraciət edin.


Təcili yardım nə vaxt alınmalıdır

Özünüzə zərər verə biləcəyinizi və ya intihara cəhd edə biləcəyinizi düşünürsünüzsə dərhal təcili yardım müraciət edin.


Digər özünəyardım metodları: Aktiv fiziki hərəkətlər (idman), Bənzər problemlərlə qarşılaşan digər qazilərlə əlaqə saxlamaq kömək edə bilər.

Həyatınızdakı mülki şəxslərin sizi başa düşmədiklərini hiss edə bilərsiniz. Amma sizə dəstək verən insanların sizi başa düşmələri üçün eyni təcrübələrdən keçməməlidirlər. Önəmli olan, müraciət etdiyiniz insanın sizə əhəmiyyət verməsi, yaxşı bir dinləyici və rahatlıq mənbəyi olmasıdır.

Özünüzə (ucadan və ya başınızdan) bir həqiqəti bildirin ki, travma hazırda baş verirmiş kimi hiss edərkən ətrafınıza baxa və təhlükəsiz olduğunuzu anlaya bilərsiniz.


- Nigar Arif, Psixiatr/Psixoterapevt




Hi, thanks for stopping by!

I'm Dr. Nigar Arif. A Psychiatrist/Psychotherapist that specializes in treating my patients with using various therapy methods including Cognitive Behavioral Therapy. My motivation to write blogs for www.salvahelp.az is to ...  

Follow us on social media to hear more from Dr. Nigar Arif:

  • Facebook
  • Instagram
  • Twitter
  • Pinterest